Nigeriyada Lassadan ölənlərin sayı 170-ə yüksəlib

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə...

1878957
Nigeriyada Lassadan ölənlərin sayı 170-ə yüksəlib

 

  Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırmasından ölənlərin sayı 170-ə yüksəlib.

  Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 2022-ci ilin yanvarından bu yana ölkədə 6547 şübhəli Lassa qızdırması halı görülüb, onlardan 909-u müsbət çıxıb. Bu müddət ərzində ölkədə epidemiyadan ölənlərin sayı 170-ə yüksəlib.

  Hər il quraqlıq dövrünün yaşandığı noyabr və may aylarında artan Lassa qızdırmasında 2021-ci ildə 674 xəstə aşkarlanıb, 102 nəfər dünyasını dəyişib.

  Qeyd edək ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırmasına ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində rast gəlinib.

  Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib. Siçan nəcisi ilə keçən xəstəlik insandan insana keçə bilir və ölümcül hemorragik qızdırma yaradır.



Әlaqәli Xәbәrlәr