Entoni Blinken Ermənistan və Azərbaycana çağırış edib

Amerika Birləşmiş Ştatlarının  dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

1879024
Entoni Blinken Ermənistan və Azərbaycana çağırış edib

Amerika Birləşmiş Ştatlarının  dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırır.

Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan-Ermənistan sərhədində toqquşmaların başladığı ilə bağlı məlumat yaymasından sonra Entoni Blinken bəyanat verib.

“ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.
Qeyd edək ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Məlumatda həmçinin vurğulanıb ki, bu əməllərin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində döyüş toqquşması baş verib.



Әlaqәli Xәbәrlәr