İqor Konaşenkov: ‘‘Ukraynaya mәxsus 4 863 tank vә zirәhli texnika mәhv edilib’’
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, indiyədək Ukraynaya məxsus 293 təyyarə, 152 helikopter, 4 863 tank və zirehli texnika məhv edilib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, indiyədək Ukraynaya məxsus 293 təyyarə, 152 helikopter, 4 863 tank və zirehli texnika məhv edilib.
İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.
Ukrayna ordusunun Mikolayev-Krivorojskiy istiqamətindəki mövqelərində böyük itkilər verdiyinə görə Rusiya tərəfinə hücum edə bilmədiyinə diqqət çəkən Konaşenkov Ukrayna ordusunun Mikolayev vilayətində yerləşən Berezneqovatoya, Murahovka, Ternoviye Podi və Xerson vilayətinin Suxoy Stavok və Pertovskoye bölgələrindəki mövqelərinin atəşə tutulduğunu bildirib.
Rusiya təyyarələrinin Mikolayev vilayətinin Konstantinovka bölgəsində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus ''Su-25'' tipli döyüş təyyarəsini vurduğunu qeyd edən Konaşenkov Mikolayev-Krivorojskiy istiqamətindəki hücumlarda bir gündə 190-dan çox Ukrayna əsgərini zərərsizləşdirdiklərini irəli sürüb.
Ukrayna əsgərlərinin Donetsk vilayətinin Slavyansk və Kramatorskdakı müvəqqəti məntəqələrini vurduqlarını ifadə edən İqor Konaşenkov bu hücumlar nəticəsində bölgədə 120-yə yaxın Ukrayna əsgərinin zərərsizləşdirildiyini iddia edib.
Rusiya qüvvələrinin Donetsk vilayətinin Dzerjinsk, Soledar və Artyömovka, Zaporojye vilayətinin Novonikolayevkaya bölgələrinə hücum etdiyini söyləyən İqor Konaşenkov Zaporjiya, Donetsk, Xerson və Çerniqovda 13 pilotsuz uçuş aparatını vurduqlarını bildirib.
Konaşenkov deyib: “Bu günə qədər Ukraynaya məxsus 293 təyyarə, 152 helikopter, 1 910 pilotsuz uçuş aparatı, 374 hava hücumundan müdafiə sistemi, 4 863 tank və zirehli texnika, 826 reaktiv yaylım atəşi sistemi, 3 369 haubitsa və minaatan, 3 387 xüsusi təyinatlı texnika mәhv edilib''.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.