E.Blinken və Y.Stoltenberq Türkiye və Yunanıstan arasındakı gərginlikdən danışıblar

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Türkiye və Yunanıstanın fikir ayrılıqlarını dialoq yolu ilə həll etmələrini istədiklərini bildiriblər.

1878143
E.Blinken və Y.Stoltenberq Türkiye və Yunanıstan arasındakı gərginlikdən danışıblar

ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq Türkiye və Yunanıstanın fikir ayrılıqlarını dialoq yolu ilə həll etmələrini istədiklərini bildiriblər.

Blinken və Stoltenberq NATO-nun Belçikanın paytaxtı Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının iclasına qatılıb.

Daha sonra təşkil edilən birgə mətbuat konfransında sualları cavablandıran Blinken Türkiye ilə Yunanıstan arasında yaşanan gərginliklə bağlı suala belə cavab verib:

“Hər iki ölkə ABŞ-ın həyati müttəfiqləri və dostlarıdır. Fikir ayrılıqları var. Biz istərdik ki, bu fikir ayrılıqları dialoq yolu ilə konstruktiv şəkildə həll olunsun. Keçmişdə də belə olub. Yenə də bu yolla həll edəcəklərini gözləyirik”.

İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini dəyərləndirən Blinken müttəfiqlər arasında üzvlüklə bağlı geniş konsensusun olduğunu və prosesin irəlilədiyinə inandığını bildirib.

Blinken hamının diqqətini Rusiyaya yönəltməli olduğunu və bu ölkənin transatlantik alyansdan kənarda təhlükə yaratdığını bəyan edib.

NATO-nun baş katibi Stoltenberq isə, "Türkiye və Yunanıstan çox dəyərli iki müttəfiqdir. Onlar NATO-ya müxtəlif yollarla töhfə verirlər. Aralarındakı fikir ayrılıqları təbii ki, diplomatik yollarla həll edilməlidir" ifadələrindən istifadə dib.

Y.Stoltenberq Türkiye ilə Yunanıstan arasında hər hansı təhlükəli vəziyyətin yaranmasının qarşısını almaq üçün NATO-da gərginliyin azaldılması mexanizminin yaradıldığını və bundan əvvəllər də istifadə edildiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr