Volodimir Zelenski:“İndi həmin ərazilərin adlarını açıqlamaq vaxtı deyil”

Ukrayna prezidenti Volodimir Zelenski Xarkov vilayətinin bəzi yaşayış məntəqələrinin Rusiya qoşunlarından azad edildiyini bildirib.

1877249

Bu barədə Volodimir Zelenski rəsmi internet səhifəsində paylaşım edib. Ukrayna hərbçilərinə təşəkkür edən Volodimir Zelenski yeni irəliləyişi “yaxşı xəbər” olaraq qiymətləndirib.
Volodimir Zelenski azad edilən ərazilərin hansı bölgədə yerləşdiyini açıqlamayıb. 
“İndi həmin ərazilərin adlarını açıqlamaq vaxtı deyil”, - deyə Ukrayna lideri söyləyib.
Digər tərəfdən yerli mətbuat orqanları Ukrayna qüvvələrinin Xarkovda Rusiya qüvvələrinə qarşı hücuma keçdiyini irəli sürülüb.
Ukrayna qüvvələrinin Xarkovdan cənub-şərqdə yerləşən Voloxov Yar kəndinə də daxil olduğu iddia edilib.

Әlaqәli Xәbәrlәr