Olaf Şolts vә Volodimir Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski  arasında telefon danışığı olub.

1877405
Olaf Şolts vә Volodimir Zelenski arasında telefon danışığı olub

Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski  arasında telefon danışığı olub.

Almaniya Nazirlər Kabinetindən verilən yazılı açıqlamada Olaf Şoltsun Volodimir Zelenski ilə Ukraynadakı hərbi, humanitar və iqtisadi vəziyyət də daxil olmaqla daha konkret dəstək imkanları ətrafında fikir mübadiləsi apardığı bildirilib.

Məlumata görə, Olaf Şolts söhbət zamanı  Almaniyanın  Ukraynaya siyasi, maliyyə və humanitar, eləcə də hərbi dəstək verməyə davam edəcəyini vurğulayıb.

Olaf Şolts və Volodimir Zelenskinin Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi və mühafizəsi, Atom Enerjisi üzrə Beynəlxalq  Agentliyinin hesabatının əhəmiyyəti və tövsiyə olunan tədbirlər məsələsində həmfikir olduqları bildirilib.

 



Әlaqәli Xәbәrlәr