Rusiya qüvvәlәri Xarkova raket zәrbәlәri endirib

Hücumda ölən və yaralanan olmasa da, bir iş mərkəzinə ciddi ziyan dəyib.

1876797
Rusiya qüvvәlәri Xarkova raket zәrbәlәri endirib

Rusiya qüvvələri gecə radələrində  Ukraynanın ikinci böyük şəhəri  olan Xarkovun mərkəzinə 2 raket zərbəsi endirib.

Hücumda ölən və yaralanan olmasa da, bir iş mərkəzinə ciddi ziyan dəyib.

Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo rəsmi internet səhifəsində verdiyi bəyanatda  Rusiya qüvvələrinin şəhərin mərkəzinə atdığı raketlərdən birinin iki mərtəbəli biznes mərkəzinə düşdüyü, digərinin isə yola düşdüyü bildirilib.

Ətrafdakı mağazalara və nəqliyyat vasitələrinə ziyan dəydiyini bildirən Sinequbo  hücumd nəticəsində  ölən və xəsarət alanın olmadığını  qeyd edib.

Ukrayna polisi hadisənin baş verdiyi bölgəyə gedərək araşdırmaya başlayıb.

Rusiya qüvvələri dünən Xarkova 3 ayrı hücum həyata keçirib, bir qadın həlak olub.

Rusiya sərhədindən təxminən 45 kilometr aralıda və Ukraynanın paytaxtı  Kiyevdən sonra ikinci ən böyük şəhəri olan Xarkov tez-tez Rusiya qüvvələrinin raket hücumlarına məruz qalır.

Hücumlara görə Xarkov əhalisinin yarısının şəhəri tərk etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr