Olaf Şolts: ‘‘Ukraynaya dәstәk vermәk mәsәlәsindә tәkbaşına hәrәkәt etmәyәcәyik’’

Olaf Şolts Federal Məclisdə davam edən büdcə müzakirələri çərçivəsində etdiyi çıxışda müttəfiqlər ilə Ukraynanı dəstəklədiklərini, ağır silahların təmin edildiyini vurğuladı.

1877005
Olaf Şolts: ‘‘Ukraynaya dәstәk vermәk mәsәlәsindә tәkbaşına hәrәkәt etmәyәcәyik’’

Almaniya kansleri Olaf Şolts Ukraynaya dəstək vermək məsələsində təkbaşına hərəkət etməyəcəklərini bildirib.

Olaf Şolts Federal Məclisdə davam edən büdcə müzakirələri çərçivəsində etdiyi çıxışda müttəfiqlər ilə Ukraynanı dəstəklədiklərini, ağır silahların təmin edildiyini vurğuladı.

Ukraynaya bu dəstəyin davam edəcəyini bildirən Almaniya kansleri deyib: "Almaniya təkbaşına hərəkət etməyəcək. Bu, ciddi, məsuliyyətsiz səhv olardı."

Olaf Şolts bir daha vurğulayıb ki, Rusiyanın fevralın 24-dən etibarən Ukrayna ərazisində davam etdirdiyi müharibə Avropada təhlükəsizliyinə ciddi təhdiddir.

Almaniya kansleri Olaf Şolts Rusiya qazından asılı olmamaq üçün  Almaniyanın şimalında mayeləşdirilmiş qaz terminalları qurduqlarını və bu terminalların yanvar ayında fəaliyyətə başlayacağını ifadə edib.



Әlaqәli Xәbәrlәr