Nigeriyada qaçırılan 15 uşaq xilas edildi

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Rivers əyalətində qaçırılan 15 uşaq həyata keçirilən əməliyyatla xilas edilib.

1876841
Nigeriyada qaçırılan 15 uşaq xilas edildi

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Rivers əyalətində qaçırılan 15 uşaq həyata keçirilən əməliyyatla xilas edilib.

Rivers əyalətinin Polis İdarəsinin rəisi Friday Eboka əyalətin Port Harcourt şəhərində 2 uşağın itməsindən sonra əməliyyat keçirdiklərini söyləyib.

Eboka həyata keçirilən əməliyyat nəticəsində 15 uşağın xilas edilərək xəstəxanaya çatdırıldığını söyləyib.

Friday Eboka hadisə ilə bağlı bir nəfərin saxlanıldığını bildirərək əməliyyatın davam etdiyini bildirib.

Qeyd edək ki, uşaqların nə vaxt qaçırıldığı barədə məlumat verilməyib.

Nigeriyada insan qaçaqmalçılarının edam edilməsinə baxmayaraq bu növ hadisələr vaxtaşırı yaşanır.



Әlaqәli Xәbәrlәr