"Bu, qorxulu “Covid-19” deyil, qripdir"

KCNA Şimali Koreya mərkəzi xəbər agentliyinin (KCNA) məlumatına görə...

1872753
"Bu, qorxulu “Covid-19” deyil, qripdir"

 

  Şimali Koreya son vaxtlar Çinlə sərhəd bölgəsində müşahidə edilən yüksək qızdırma hallarının "qorxulan “Covid-19” deyil, qripdən qaynaqlı" olduğunu bildirib.

  KCNA Şimali Koreya mərkəzi xəbər agentliyinin (KCNA) məlumatına görə, Ryanqqanq əyalətində 4 nəfərin yüksək hərarəti olub və bunun “Covid-19” olduğu düşünülüb. Lakin xəstələr üzərində aparılan analizlərdə yüksək hərarətin qripdən qaynaqlandığı müəyyən edilib.

  Xatırladaq ki, Şimali Koreya başçısı Kim Çen İn avqustun 10-da “Covid-19”a qarşı qələbə qazandıqlarını bəyan edərək iyulun 29-dan bu yana ölkədə yeni yoluxma hallarının aşkar edilmədiyini bildirib.

  Qeyd edək ki, “Covid-19” epidemiyası başlayandan bəri ölkədə virusun yayılmadığını iddia edən Şimali Koreyada 2022-ci ilin may ayında ilk dəfə yoluxma aşkarlandığı deyilib.



Әlaqәli Xәbәrlәr