Nigeriyada terror tәşkilatı Boko Harama mәxsus düşәrgә mәhv edilib

Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haramın düşərgəsi məhv edilib, çox sayda  terrorçu öldürülüb.

1871701
Nigeriyada terror tәşkilatı Boko Harama mәxsus düşәrgә mәhv edilib

Nigeriyanın şimal-şərqində terror təşkilatı Boko Haramın düşərgəsi məhv edilib, çox sayda  terrorçu öldürülüb.

Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet ordunun Borno əyalətindәki Sambisa meşəsində Boko Harama qarşı hava əməliyyatı keçirdiyini bildirib.

Edvard Qabkvet əməliyyat nәticәsindә  təşkilata mәxsus düşərgənin məhv edildiyini və təşkilat lideri də daxil olmaqla çox sayda  terrorçunun öldürüldüyünü qeyd edib.

Qeyd edәk ki, Boko Haram tәşkilatı 2000-ci ilin әvvәlindәn etibarәn Nigeriyadakı mövcudluğunu davam etdirir. Terror tәşkilatının 2009-cu ildәn etibarәn hәyata keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adam hәlak olub.


Etiketlәr: #Boko Haram , #Nigeriya

Әlaqәli Xәbәrlәr