Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının iclasında çıxış edib

“Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər’’.

1871392
Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının iclasında çıxış edib

“Nüvə silahı olan ölkələr ondan ilk istifadə etməyəcəklərini öhdələrinə götürməlidirlər’’.

Bu sözlәri Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş BMT Tәhlükәsizlik Şurasının iclasında etdiyi çıxışda bildirib. Onun sözlәrinә görә,nüvə riski onilliklər ərzində ən yüksək həddə çatıb.

BMT-nin Baş katibi Antonio Quterreş Zaporojye atom elektrik stansiyası (AES) ətrafında vəziyyətlə bağlı dialoqun zəruriliyini vurğulayıb.

İclasda çıxış edәn  Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia 200 ildən artıqdır ki, Qərb dövlətlərinin hər şeydə Rusiyanı günahlandırdığını bəyan edərək, Amerika Birlәşmiş Ştatları və müttəfiqlərini  Asiya vә Afrikada olduğu kimi Ukraynada da tәxribat xarakterli addım atmaqda ittiham edib.

Nebenzia qeyd edib ki, Ukraynaya dəstək verən Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinin Zaporojyadakı obyekti bombalamasını görmәzlikdәn gәlib.



Әlaqәli Xәbәrlәr