"Pomidor qripi" yayılır

Hindistanın Kerala və Odişa ştatlarında 82 uşaqda “pomidor qripi” aşkarlanıb.

1870801
"Pomidor qripi" yayılır

TRT xəbər verir ki bu barədə “The Lancet” jurnalı məlumat yayıb. Məlumata görə hadisələr ilk dəfə Kerala əyalətinin Kollam şəhərində qeydə alınıb. Bildirilir ki, vilayətin Ançal, Aryankavu və Neduvathur bölgələrində 5 yaşdan kiçik, Odişa ştatında isə 1-9 yaşlı uşaqlar virüsa yoluxub. Beləcə yoluxma hallarının sayı 82-yə çatıb. Mütəxəssislər virusun çox asanlıqla yayıldığı barədə xəbərdarlıq ediblər və xəstəliyin simptomlarının yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı olduğu bildirilir.

 



Әlaqәli Xәbәrlәr