İqor Konaşenkov: ‘‘Rusiya ordusu Xarkov şәhәrindә 90-dan çox silahlını zәrәrsizlәşdirib’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Xarkov şəhərində 90-dan çox xarici muzdlu döyüşçünün yüksək dəqiqlikli silahlarla zərərsizləşdirildiyini bildirib.

1869633
İqor Konaşenkov: ‘‘Rusiya ordusu Xarkov şәhәrindә 90-dan çox silahlını zәrәrsizlәşdirib’’

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynanın Xarkov şəhərində 90-dan çox xarici muzdlu döyüşçünün yüksək dəqiqlikli silahlarla zərərsizləşdirildiyini bildirib.

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Rusiya ordusunun Ukraynadakı hərbi obyektlәrә hücum etmәyә davam etdiyini bildirən İqor Konaşenkov Ukrayna ordusunun ağır itkilәr verdiyini iddia edib.

Ukrayna Silahlı Qüvvələrinin 56-cı motoatıcı briqadasının 37-ci batalyonunun döyüş qabiliyyətini itirdiyinə diqqət çəkən İqor Konaşenkov Bila Krinitsya və Velike Artakove yaşayış məntəqələri yaxınlığında 80-dən çox ukraynalı əsgərin zərərsizləşdirildiyini, 50 əsgərin isə yaralandığını bildirib.

İqor Konaşenkov deyib:  "Xarkov şəhərində xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdirildiyi mərkəz yüksək dəqiqlikli silahla vurulub. 90-dan çox silahlı məhv edilib".

Ukrayna ordusunun Mikolayev vilayətindəki 28-ci Mexanikləşdirilmiş Briqadasının müvəqqəti mövqelərinə edilən hücumda təxminən 60 əsgər və 8 xüsusi maşının məhv edildiyini ifadə edən İqor Konaşenkov, Donetsk bölgəsində 250-dən çox Ukrayna əsgərinin zərərsizləşdirildiyini iddia edib.

Son 24 saatda 5 idarəetmə mərkəzi, 3 sila-sursat anbarı və 10 pilotsuz uçuş aparatının vurulduğunu qeyd edən İqor Konaşenkov deyib: “Bu günə qədər Ukraynaya mәxsus  267 təyyarə, 148 helikopter, 1 757 pilotsuz uçuş aparatı, 366 hava hücumundan müdafiə sistemi, 4 340 tank və zirehli texnika, 800-dәn çox reaktiv yaylım atəşi sistemi, 3 312 haubitsa və minaatan vә  4 938 xüsusi təyinatlı texnika mәhv edilib”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov avqustun 19-da Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Ukraynaya səfəri zamanı Kiyev administrasiyasının Zaporojye Atom Elektrik Stansiyasına qarşı təxribat xarakterli addımlar atacağını da iddia edib.

İqor Konaşenkov Rusiya ordusunun  atom elektrik  stansiyasını qorumaq üçün lazımi tədbirlər gördüyünü bildirib.



Әlaqәli Xәbәrlәr