Salvadorda dәstә üzvlәrinә qarşı әmәliyyat keçirilib, 50 min adam saxlanılıb

Salvador prezidenti Nayib Bukelenin başlatdığı mübarizə çərçivəsində mart ayından bəri 50 min dәstә  üzvü saxlanılıb.

1869037
Salvadorda dәstә üzvlәrinә qarşı әmәliyyat keçirilib, 50 min adam saxlanılıb

Salvador prezidenti Nayib Bukelenin başlatdığı mübarizə çərçivəsində mart ayından bəri 50 min dәstә  üzvü saxlanılıb.

Mövzu ilə bağlı açıqlama verən Milli Polis İdarәsinin rәisi Maurisio Arriaza mart ayından qüvvəyə minən fövqəladə vəziyyət rejimi çərçivəsində 50 min adamın saxlanıldığını bildirib.

Prezident Nayib Bukele Tecoluca şəhərində təxminən 40 min nəfər tutumlu nəhəng həbsxananın inşa edilmәsi ilә әlәdar göstəriş vermişdi. Həbsxananın ilin sonuna qədər tamamlanacağı gözlənilir.

Qeyd edәk ki, yerli polis vә ordunun keçirdiyi әmәliyyatlar zamanı 1283 silah və bir milyon dollardan çox pul ələ keçirmişdi.

 



Әlaqәli Xәbәrlәr