Vadim Çeban: ''Moldova təbii qaza görə “Qazprom”a avans ödəyə bilməyəcək''

“Moldovaqaz” prezidenti Vadim Çeban avqustda təbii qaz nəqli üçün Rusiyanın enerji şirkəti “Qazprom”a avans ödəyə bilməyəcəklərini açıqlayıb.

1866809

Bu barәdә  “Moldovagaz” prezidenti rәsmi internet sәhifәsindә paylaşım edib.

Təbii qazın alınması, daşınması və paylanması ilə bağlı xərcləri qarşılaya bilməyəcəklərini bildirən Çeban  “Moldovaqaz”ın avqust ayında təxminən 14 milyon 800 min dollar kəsiri olacağını proqnozlaşdırıb.

Çeban “Qazprom”dan ödənişin gecikdirilməsini tələb etdiklərini, lakin bununla bağlı cavab almadıqlarını bildirib.

Qeyd edək ki, “Qazprom” və “Moldovaqaz” arasında Rusiya təbii qazının Moldovaya nəqli ilə bağlı müqavilənin 2021-ci ildə beş il müddətinə uzadılmasına dair razılıq əldə edilib.

Әlaqәli Xәbәrlәr