Malidә törәdilәn terror aktı nәticәsindә hәlak olan hәrbçilәrin sayı 42-yә yüksәlib

Avqustun 7-də Malinin Qao bölgəsində törədilən terror aktında həyatını itirən əsgərlərin sayı 42-yə yüksəlib.

1866692
Malidә törәdilәn terror aktı nәticәsindә hәlak olan hәrbçilәrin sayı 42-yә yüksәlib

Avqustun 7-də Malinin Qao bölgəsində törədilən terror aktında həyatını itirən əsgərlərin sayı 42-yə yüksəlib.

Hökumətdən verilən yazılı açıqlamada DEAŞ-a tabe olan terror qruplaşmalarının Ansonqo rayonunun Tessit kəndində həyata keçirdiyi hücumda həyatını itirən əsgərlərin sayının 42-yə yüksəldiyi qeyd edilib.

Hücumda 22 əsgərin yaralandığı, 37 terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Hücumla əlaqədar avqustun 10-da 3 günlük milli matəm elan edilib.

Xatırladaq ki,  bazar günü terror aktı nәticәsindә  17 əsgərin həlak olduğu bildirilmişdi.

Qeyd edәk ki,  Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ-a tabe olan qruplaşmaların  hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə yerləşən xarici hərbi missiyalara baxmayaraq, ölkədəki terror təşkilatları hücumlarını davam etdirir.


Etiketlәr: #terror aktı , #Mali

Әlaqәli Xәbәrlәr