Qahirədən Tripolinin Mitiqa hava limanına uçuşlar başlayıb
Misirin "EgyptAir" aviaşirkəti 8 illik fasilədən sonra paytaxt Qahirədən Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanına uçuşlara başlayıb.
Misirin "EgyptAir" aviaşirkəti 8 illik fasilədən sonra paytaxt Qahirədən Liviyanın paytaxtı Tripolinin Mitiqa hava limanına uçuşlara başlayıb.
Liviyada fəaliyyət göstərən “Marsad” qəzetinin sosial media hesabında dərc olunan xəbərdə Mitiqa hava limanının müdiri Lütfü Tabibin açıqlamaları yer alıb.
Tabib "EgyptAir" şirkətinin ilk dəfə Qahirə ilə Tripoli arasında həftədə 3 uçuş həyata keçirəcəyini və şirkətin Misirin digər şəhərlərindən də Tripoliyə uçuşlara başlaya biləcəyini bildirib.
Xatırladaq ki, aprelin 18-də "EgyptAir" ilk uçuşunu 11 ildən sonra Qahirədən Liviyanın şərqindəki Benqazi şəhərinə reallaşdırmışdı.
Misir hava yolu şirkəti Liviyada 2011-ci ildə başlayan qeyri-sabitlik və münaqişədən sonra bu ölkəyə uçuşları dayandırmaq qərarına gəlmişdi.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.