Nigeriyada daşqınlarda 9 nəfər həlak olub

Nigeriyanın Kano əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda 9 nəfər həyatını itirib.

1865835
Nigeriyada daşqınlarda 9 nəfər həlak olub

Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) Kano üzrə katibi Sale Jili açıqlamasında əyalətin 10 bölgəsində təsirli olan leysan yağışların daşqınlara səbəb olduğunu bildirib.

Təbii fəlakətdə 9 nəfərin həyatını itirdiyini, ən az 10 adamın da yaralandığını ifadə edən Jili 6 min 417 evin zərər gördüyünü qeyd edib.

Avropa İttifaqı (Aİ) Nigeriyanın 5 əyalətində daşqınların təsirini azaltmaq üçün fövqəladə hallara hazırlıq məqsədilə 70 min avro ayırıb.

Aİ-nin Nigeriya ofisindən bu barədə məlumat yayılıb. Bildirilib ki, Ondo, Kogi, Kebbi, Anambra və Cross River əyalətlərində ehtimal olunan daşqınların təsirini azaltmaq üçün 70 min avrolıq maliyyə təmin edilib.

Qeyd edək ki, ötən ay Nigeriyanın Yobe əyalətində leysan yağışlarının səbəb olduğu sel fəlakətində 4 nəfər həyatını itirdi, 12 yaşayış məntəqəsi su altında qaldı.



Әlaqәli Xәbәrlәr