Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Bu barәdә Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

1864514
Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bu barәdә Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Verilən yazılı açıqlamada Kanadanın Rusiya dövlət nümayəndələri, jurnalistlər, ekspertlər və Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.

Buna cavab olaraq 62 Kanada vətəndaşı sanksiya siyahısına salınıb və bu adların siyahısı dərc edilib.

Siyahıya Kanada Xarici İşlər Nazirliyi və Baş nazirlik rəsmiləri, həmçinin siyasi ekspertlər, incəsənət xadimləri və dini nümayəndələr daxildir.

Bәyanatda Kanada baş naziri Castin Trüdonun rəhbərliyinin Rusiyaya qarşı düşməncəsinə hərəkətlər etdiyi  bildirilib.



Әlaqәli Xәbәrlәr