İqor Konaşenkov: ‘‘İndiyәdәk Ukrayna ordusuna məxsus 786 reaktiv yaylım atəşi sistemi məhv edilib’’

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

1863841
İqor Konaşenkov: ‘‘İndiyәdәk Ukrayna ordusuna məxsus 786 reaktiv yaylım atəşi sistemi məhv edilib’’

 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, indiyәdәk Ukrayna ordusuna məxsus 786 reaktiv yaylım atəşi sistemi məhv edilib.

İqor Konoshenkov Ukraynada hәyata keçirilәn әmәliyyatın gedişatı ilә bağlı mәlumat verib.

Ukraynanın Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 92-ci Mexanikləşdirilmiş Briqadasının mövqelərinə yüksək dəqiqlikli silahlarla hücum təşkil edildiyini bildirən İqor Konaşenkov hücum nəticəsində 130 əsgərin öldüyünü və 13 zirehli texnikanın mәhv edildiyini  bildirib.

İqor Konaşenkov Donetsk vilayətində 95-ci Hava Hücum Briqadasının müvəqqəti mövqelərinə edilәn  hücum nәticәsindә  400 əsgərin həlak olduğunu, 20 hərbi texnikanın məhv edildiyini söylәyib.

Konaşenkov qeyd edib ki, Ukrayna ordusuna məxsus 2 qərargah, 2 sursat anbarı və yanacaq çənləri məhv edilib.

Konaşenkov hәmçinin vurğulayıb ki, son 24 saat ərzində  Ukraynaya mәxsus 4 pilotsuz uçuş aparatı Rusiya havadan müdafiə sistemləri tərəfindən vurulub.

“Bu günə qədər Ukraynaya məxsus 261 təyyarə, 145 helikopter, 1 673 pilotsuz uçuş aparatı, 361 hava hücumundan müdafiə  sistemi, 4 244 tank və zirehli texnika, 786 reaktiv yaylım atəşi sistemi, 3 251 haubitsa və minaatan vә  4 696 xüsusi texnika ilә maşın mәhv edilib’’,-deyә Rusiya Müdafiə Nazirliyinin sözçüsü qeyd edib.

 



Әlaqәli Xәbәrlәr