“Turbinin Rusiyaya daşınmasına heç nə mane yoxdur”, O.Şolz

Şimali Reyn-Vestfaliya əyalətinin Mülheim an der Ruhr şəhərində turbinin yerləşdiyi “Siemens Energy” şirkətinə baş çəkən kansler burada etdiyi çıxışında O.Şolz deyib...

1863285
“Turbinin Rusiyaya daşınmasına heç nə mane yoxdur”, O.Şolz

 

  Almaniya kansleri Olaf Şolz (Olaf Scholz) Kanadadan sonra ölkəsində saxlanılan “Şimal axını” təbii qaz turbininin Rusiyaya çatdırılmasında heç bir maneənin olmadığını bildirib.

  Şimali Reyn-Vestfaliya əyalətinin Mülheim an der Ruhr şəhərində turbinin yerləşdiyi “Siemens Energy” şirkətinə baş çəkən kansler burada etdiyi çıxışında O.Şolz deyib: “Rusiya müştəriləri turbini istəyir. Gömrük rəsmiləşdirilməsi üçün lazımi məlumatları təqdim etdikdən sonra turbinin Rusiyaya daşınmasına heç nə mane yoxdur. Bütün digər icazələr mövcuddur. Turbin nəinki hazır və istifadəyə yararlıdır, həm də ona qarşı sanksiyalar yoxdur, ona görə tez bir zamanda çatdırılacaq.

  Rusiyadan Avropaya çoxlu boru xətti və “Qazprom”un avropalı müştərilər qarşısında öhdəlikləri var. Qaz nəqlinin azaldılması üçün irəli sürülən texniki səbəblər anlaya bilmirik.

  Almaniya Avropaya maneəsiz qaz nəqlini təmin etmək üçün üzərinə düşəni edəcək.”

  Xatırladaq ki, Rusiyanın enerji şirkəti "Qazprom"un idarə heyətinin sədr müavini Vitali Markelov "Şimal axını"nda texniki xidmət üçün göndərilən təbii qaz turbin mühərrikinin may ayında “Siemens” tərəfindən geri qaytarılmalı olduğuna diqqət çəkərək sözügedən turbinin hələ də təhvil verilmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr