Tayvan Nensi Pelosinin səfərindən məmnun olduğunu bildirib

Tayvan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən məmnun olduğunu bildirib.

1862909
Tayvan  Nensi Pelosinin səfərindən məmnun olduğunu bildirib

Tayvan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfərindən məmnun olduğunu bildirib.

Mövzu ilə bağlı açıqlamasında Tayvan Xarici İşlər Nazirliyi bu səfərlə ikitərəfli əlaqələrin çox daha yaxşı səviyyələrə çatdırılacağını bildirib və Tayvanı bütün platformalarda davamlı olaraq dəstəkləyən Nensi Pelosiyə təşəkkür edib.

Açıqlamada ABŞ və Tayvanın beynəlxalq tərəfdaşlıqda bir-birlərinə fayda verəcək əməkdaşlıq üçün çalışmalarını davam etdirəcəkləri və 25 il əvvəl Tayvana səfər edən ABŞ Nümayəndələr Palatasının sədri Nyut Qinqriçdən sonra Nensi Pelosinin səfərinin iki tərəf üçün də böyük bir addım olduğu bildirilib. 

Digər tərəfdən, dünən (2 avqust 2002) axşam adaya ayaq basan Pelosi bu gün səhər Tayvan lideri Tsai İnq-ven ilə görüşüb.

Görüş zamanı Tsai İnq-ven Pelosiyə verdiyi dəstəyə görə təşəkkür edib və Çinin hərbi təhdidləri qarşısında geri çəkilməyəcəklərini bildirib.

Tayvanı hər zaman dəstəkləyəcəklərini qeyd edən Pelosi ABŞ-ın “Vahid Çin” siyasətinə hörmətlə yanaşdığını, lakin Tayvana dəstəyin hər zamankindən daha vacib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr