Stefan Dujarrik Ukraynadakı humanitar vәziyyәtlә bağlı mәlumat verib

Ukraynada dinc əhalinin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir.

1862878
Stefan Dujarrik Ukraynadakı humanitar vәziyyәtlә bağlı mәlumat verib

Ukraynada dinc əhalinin vəziyyətinin getdikcə ağırlaşdığı bildirilib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının mәnzil-qәrargahında keçirilən mətbuat konfransında çıxış edәn BMT-nin sözçüsü Stefan Dujarrik mәlumat verib.

“Ukraynadakı hәmkarlarımız son bir neçə gündə xüsusən də ölkənin cənubunda hava hücumlarının intensivlәşdiyini vә mülki әhalinin problemlәrlә üzlәşdiyi ilә bağlı mәlumat verib’’,-deyә Stefan Dujarrik qeyd edib.

Stefan Dujarrik münaqişə bölgəsində kiçik bir mülki yaşayış mәntәqәsinin vurulduğu bildirib.

"Humanitar təşkilatların mәlumatına görə, 3 mülki şəxs ölüb,  xәsarәt alan 5 nәfәrin vәziyyәti ağırdır. Hәyata keçirilәn bombardmanlar nәticәsindә ağır itkilәr qeydә alınır. Son 48 saatda onlarla ev, bir neçə tibbi mәrkәz və mülki infrastruktura ciddi  ziyan dәyib”,-deyә BMT rәsmisi vurğulayıb.



Әlaqәli Xәbәrlәr