Baş verən qarşıdurmada bir fələstinli ölüb

İsrail ordusu gecə yarısı işğal altındakı İordan çayının qərb sahilinə basqın edib.

1862251
Baş verən qarşıdurmada bir fələstinli ölüb

İsrail ordusu gecə yarısı işğal altındakı İordan çayının qərb sahilinə basqın edib. 

Gecə yarısı baş verən basqında İsrail əsgərləri ilə fələstinli qruplar arasında qarşıdurma yaranıb.

İsrail qüvvələri atışmada bir fələstinlini öldürüb.

İsrail ordusunun Fələstin İslami Cihad hərəkatının lideri Bassam Saadinin evinə də basqın edərək onu saxladığı açıqlanıb.

62 yaşlı Saadi bundan əvvəl üç dəfə İsrail tərəfindən saxlanılıb və ümumilikdə 15 il İsrail həbsxanasında məhkum tutulub.

İslami Cihadın hərbi qanadına mənsub olan Saadinin hər iki oğlu 2002-ci ildə ikinci intifada zamanı İsrail qüvvələri tərəfindən öldürülüb.

Fələstin Səhiyyə Nazirliyi İsrailin Cenin və ətraf kəndlərdə keçirdiyi əməliyyatlarda 30-dan çox fələstinlinin öldürüldüyünü açıqlayıb.



Әlaqәli Xәbәrlәr