Qərbi Afrika ölkəsi Liberiyada meymunçiçəyi virusu aşkarlanıb

Liberiyanın Səhiyyə naziri Vilhelmina Jallah bu barədə məlumat yayıb.

1860958
Qərbi Afrika ölkəsi Liberiyada meymunçiçəyi virusu aşkarlanıb

Nazir açıqlamasında: “Merilend əyalətində 43 yaşlı bir xəstədə meymunçiçəyi virusu aşkar edilib”.  İctimaiyyəti “epidemiyaya qarşı tədbirli  olmağa  çağıran  nazirin  sözlərinə   görə    virüs  aşkarlanan  xəstənin yaxın   zamanda Fil Dişi Sahilinə  səyahət   etdiyi   öyrənilib. 

Qeyd  edək  ki,  endemik virusun törətdiyi nadir xəstəliklərdən biri kimi tanınan meymunçiçəyi virusunun Konqo və Qərbi Afrika   olmaqla   iki   varyantının  olduğu bilinir.   Əksər heyvandan insana, nadir hallarda isə insandan insana yoluxan virus  bədəndə yüksək hərarət və qabarcıqlara səbəb  olur.



Әlaqәli Xәbәrlәr