“Lufthansa” 1000-dən çox uçuşunu ləğv edib

Almaniyanın milli hava yolu şirkəti “Lufthansa” personalın sabaha (27 İyul) tətil xəbərdarlığı səbəbindən mindən çox reysi ləğv etdiyini açıqlayıb.

1859710
“Lufthansa” 1000-dən çox uçuşunu ləğv edib

Şirkətin açıqlamasında “Verdi” həmkarlar ittifaqının sabaha tətil xəbərdarlığına görə Münhen və Frankfurtda bütün uçuş cədvəlinin ləğv edildiyi bildirilib. Qeyd edilib ki, Frankfurtda 32-si bu gün, 646-sı isə sabah olmaqla 678, Münhendə 15-i bu gün, 330-u sabah olmaqla 345 reys baş tutmayacaq. Açıqlamada həmçinin vurğulanıb ki, uçuşların ləğvindən təxminən 134 min insan təsirlənəcək.

 



Әlaqәli Xәbәrlәr