Entoni Blinken İlham Әliyev vә Nikol Paşinyanla telefon әlaqәsi saxlayıb

Amerika Birləşmiş Ştatlarının dövlәt katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon әlaqәsi saxlayıb.

1859595

Bu barәdә ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bәyanat yayıb.

Ned Prays deyib: ‘‘Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib. Antoni Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib’’.

Ned Prayd bildirib ki, Entoni Blinken söhbәt zamanı Azәrbaycan Prezidenti İlham Әliyevә qalan bütün erməni məhbuslarını azad etməsi ilә әlaqәdar çağırış da edib.

Ned Prays Entoni Blinkenin hәmçinin Ermənistan Baş naziri Nikol Paşinyanla da telefon әlaqәsi saxladığını qeyd edib.

Ned Prays deyib: ‘‘ABŞ dövlәt katibi söhbət zamanı iki ölkənin xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşünü alqışladığını bildirib’’.

Әlaqәli Xәbәrlәr