BMT TŞ İraqın Dohuk şәhәrindә  törәdilәn hücumu qınadı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İraqın Duhok şәhәrinin Zaho qәsәbәsindә  mülki vәtәndaşların ölümü ilə nəticələnən hücumu pisləyib.

1859581
BMT TŞ İraqın Dohuk şәhәrindә  törәdilәn hücumu qınadı

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) İraqın Duhok şәhәrinin Zaho qәsәbәsindә  mülki vәtәndaşların ölümü ilə nəticələnən hücumu qınayıb.

BMT Təhlükəsizlik Şurasının yaydığı bәyanatda deyilir:

"Təhlükəsizlik Şurasının üzvləri 2022-ci ilin 20 iyul tarixindә İraqın Duhok şәhәrindә törədilən hücumu ən sərt şəkildə qınadı. Hücum uşaqlar da daxil olmaqla azı 9 mülki vәtәndaşın ölümü ilə nəticələnib. BMT Təhlükəsizlik Şurasının üzvləri həlak olanların ailələrinə, İraq hökumətinə və İraq kürd bölgəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb və araşdırmalarla bağlı İraq rəsmilərini dəstəklədiklәrini bildiriblər”.

Şuraya üzv olan bütün dövlətlərin İraqın müstəqilliyi, suverenliyi, birliyi, ərazi bütövlüyü, demokratik proses və rifahı dəstəklədikləri ifadә edilib.

İyulun 20-də İraqın Duhok şәhәrinin  Zaho rayonunda çay kənarında törədilən hücumda 9 nəfərin həyatını itirdiyi, çoxlu sayda adamın yaralandığı vurğulanmışdı.



Әlaqәli Xәbәrlәr