Papa Fransisk Kanadaya tövbə ziyarətinə gedib

Kanadadakı Roma Katolik Kilsəsinin internat məktəblərində yerli uşaqlara qarşı pis rəftara qarşı olduğunu bildirən Papa bu səfəri bir “tövbə ziyarəti” adlandıraraq sosial media hesabından yazıb...

1858815
Papa Fransisk Kanadaya tövbə ziyarətinə gedib

 

  Katolik dünyasının ruhani başçısı Papa Fransisk Kanadada kilsənin internat məktəblərində fiziki və cinsi zorakılıqlara məruz qalan yerli sakin və icmalarla görüşmək üçün Kanadaya səfər gedib.

  Kanadadakı Roma Katolik Kilsəsinin internat məktəblərində yerli uşaqlara qarşı pis rəftarın əleyhinə olduğunu bildirən Papa bu səfəri bir “tövbə ziyarəti” adlandıraraq sosial media hesabından yazıb: "Əziz kanadalı bacı-qardaşlar, mən yerli sakinlərlə görüşmək üçün sizin yanınıza gəlirəm. Ümid edirəm ki, Allahın lütvü ilə mənim tövbə ziyarətim bu barışıq səfərinə töhfə verər. Xahiş edirəm, dualarınızla məni müşayiət edin."

  Qeyd edək ki, Kanadaya 6 günlük səfəri zamanı Roma Papası görüşlərinə Edmonton şəhərindən başlayacaq, Maskavatsisdəki (Maskwacis) keçmiş Ermineskin Yerli Yaşayış Məktəbinə baş çəkəcək və katolik kilsəsinə bağlı internat məktəblərində fiziki zorakılığa və cinsi istismara məruz qalmış yerli sakin və ailələri ilə görüşəcək.

  Xatırladaq ki, illərdir təxminən 150 ​​min yerli uşağın katolik kilsəsinin idarə etdiyi məktəblərə getməyə məcbur edildiyi, burada fiziki və cinsi zorakılığa məruz qaldığı ölkədə 2022-ci ilin mart ayında üzə çıxıb.

  Roma Papası Fransisk aprelin 1-də Kanadanın yerli qrupları ilə görüşdən sonra verdiyi açıqlamada keçmişdə Kanadadakı katolik internat məktəblərində uşaqlara edilən istismardan qəzəb və utanc hissi duyduğunu bildirib, "Kilsə üzvlərinin bəzilərinin davranışına görə üzr istəyirəm və ürək ağrılarımı sizə çatdırmaq istəyirəm. Sizdən üzr istəməklə Kanadakı yepiskop qardaşlarımla razılaşdığımı ifadə edirəm", - deyib.



Әlaqәli Xәbәrlәr