Co Bayden: ‘‘Silahlar Amerika Birləşmiş Ştatlarında uşaqların bir nömrəli qatilidir''

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden ölkədə son günlərdә artan silahlı hücumlardan sonra hücum silahlarının qadağan edilmәsi mәsәlәsindә  qərarlı olduğunu bildirib.

1854636

Bu barәdә Co Bayde Ağ Evdә etdiyi çıxışında bildirib.

Co Bayden deyib ki, ABŞ administrasiyası silaha nəzarətin daha da sərtləşdirilməsi və ölkədə hücum silahlarının satışına qadağa qoyulması üçün səy göstərməyə davam edəcək.

"Silahlar Amerika Birləşmiş Ştatlarında uşaqların bir nömrəli qatilidir. Bunu bir daha təkrar edirəm. Silahlar avtomobil qəzaları və xərçəngdən qabaq ABŞ-da uşaqların ölümünün bir nömrəli səbəbidir. Son iyirmi ildə silahlar Amerika Birləşmiş Ştatlarında vəzifəli polislər və xidmətdə olan hərbçilərin cəmindən daha çox orta məktəb şagirdini öldürüblər”,-deyә Amerika Birlәşmiş Ştatları prezidenti vurğulayıb.

Co Bayden deyib ki, ABŞ-da odlu silahdan istifadə nəticəsində ölən məktəblilərin sayı Amerika polisi və hərbçilərinin ümumi sayından çoxdur.

Silahlı hücumlara son qoyulmasının vacibliyini vurğulayan Amerika Birlәşmiş Ştatları prezidenti hücum silahlarını satışına qadağa qoyan qanunun qüvvədə olduğu dövrdə silahlı hücumların sayının xeyli azaldığını bildirib.

“Hücum  silahlarını yenidən qadağan etməkdə qərarlıyam”,-deyә Co Bayden vurğulayıb.

Әlaqәli Xәbәrlәr