Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

1854230
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 37 300  hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 217 təyyarə, 188 helikopter, 1 641 tank, 3 823 zirehli döyüş maşını, 834 artilleriya qurğusu, 108 hava hücumundan müdafiə sistemi, 247  reaktiv yaylım atəş sistemi, 2 694 avtomobil texnikası mәhv edilib.

Rusiya Müdafiә Nazirliyi martın 25-dә verdiyi bәyanatda Ukraynada 1351 rus hәrbçisinin öldüyünü açıqlamışdı.

Qeyd edək ki, Rusiya ordusu fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr