Rusiya qüvvәlәri Ukraynanın Bahmut şәhәrinә ağır zәrbәlәr endirir

Rusiya qüvvәlәri Ukraynanın Donetsk bölgәsinin Bahmut şәhәrindә hәrbi әmәliyyatları intensivlәşdirib.

1854386
Rusiya qüvvәlәri Ukraynanın Bahmut şәhәrinә ağır zәrbәlәr endirir

Rusiya qüvvәlәri Ukraynanın Donetsk bölgәsinin Bahmut şәhәrindә hәrbi әmәliyyatları intensivlәşdirib. Hücumlar nәticәsindә cәbhә xәttinә yaxın olan Bahmut şәhәrinә ciddi ziyan dәyib.

Bahmut Polis İdarəsinin mətbuat xidmətinin əməkdaşı mayor Pavlo Diaçenko bölgədə baş verən son hadisələri qiymәtlәndirib.

Diaçenko bildirib ki, döyüş cəbhəsi getdikcə Bahmut şәhәrinә yaxınlaşır.Bahmut şəhəri və bölgәsi  düşmən Rusiya qüvvələrinin intensiv atəşi altındadır.

Diaçenko Rusiya qüvvələrinin Bahmut və ətrafındakı yaşayış məntəqələrinə etdiyi hücumlarda əsasən uzaqmənzilli təyyarələrdən atılan raketlərdən və artilleriya sistemlərindən istifadə etdiyinə diqqət çəkib.

"Bölgәyә hәr gün hücum edilir. Hər yeri vururlar. Şəhərin mərkəzinə, küçələrə, mülki əhalinin yaşadığı yerlərə, məktəblərə və universitetlərə zərbələr endirirlәr",-deyә Pavlo Diaçenko qeyd edib.

Diaçenko bildirib ki, müharibə başlamazdan əvvəl şəhərdə 100 minə yaxın insan yaşayırdı.

"Hazırda şəhərdə 30 minə yaxın dinc sakin qalıb. Evakuasiya hər gün davam edir. İnsanlar təxliyə proqramı ilə bağlı əvvəlcədən məlumatlandırılır. Könüllülər onlara məlumat verir. İstəyənlər təxliyə olunur",-deyә Bahmut Polis İdarəsinin mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Gərgin toqquşmaların baş verdiyi cəbhə xəttinin şəhər mərkəzindən 12-15 kilometr aralıda getdiyini  qeyd edən Diaçenko təxliyyə olunmayan  və evlərində  qalanlardan ehtiyatlı olmalarını xahiş edib.

Diaçenko deyib: "Xüsusilə cəbhəyə daha yaxın olan Soledar və Siversk şəhərlərində vəziyyət daha kritikdir. Bu yaxınlarda ora humanitar yardım çatdırdıq. Bölgәdәki infrastruktur tamamilə zədələnib".

 



Әlaqәli Xәbәrlәr