Meymunçiçəyi xəstəliyinə  yoluxanların sayında artım qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada meymunçiçəyi xəstəliyinə  yoluxanların sayının 6000-dən çox olduğunu  bildirib.

1853052
Meymunçiçəyi xəstəliyinə  yoluxanların sayında artım qeydə alınıb

ÜST-nin baş direktoru doktor Tedros Adhanom Qebreyesus meymunçiçəyi  epidemiyasına dair mətbuata  açıqlamasında: “İndiyədək 58 ölkədən olmaqla 6 mindən çox hadisəni təsdiqlədik.  Ancaq hadisələrin  test  ilə  müəyyənləşdirilməsində  hələ də  çətinliklər  olduğu üçün çox güman ki, xeyli sayda hadisə rəsmi olaraq qeydə alına bilməyib”.

Avropanın meymunçiçəyi epidemiyasının mərkəzi olmağa davam etdiyini ifadə edən  Qebreyesus, hadisələrin 80% faizinin Avropa ölkələrində qeydə  alındığını  vurğulayıb.

Virusun Afrikada da yayıldığına toxunan Qebreyesus, qitədə üzrə yeni  hadisələrin  qeydə  alındığına  diqqət çəkib və virusun yayılmağa  davam edəcəyini, bu səbəbdən  “Fövqəladə Hallar Komitəsini”  iyunun 18-də  və ya daha  əvvəl  iclasa çağırmağı planlaşdırdıqlarını  sözlərinə  əlavə edib.



Әlaqәli Xәbәrlәr