Fransada dəmiryolu xidmətlərində çalışan işçilər tətilə çıxıb

Fransada ölkə üzrə dəmiryolu xidmətlərində çalışan işçilər maaşlarının artırılması tələbi ilə tətilə çıxıblar.

1852802
Fransada dəmiryolu xidmətlərində çalışan işçilər tətilə çıxıb

Ölkədəki müxtəlif həmkarlar ittifaqlarının çağırışı ilə tətilə çıxan Fransanın SNCF dəmir yolu şirkətinin işçiləri yüksək inflyasiyaya qarşı maaşlarının artırılmasını tələb edirlər.

Tətil səbəbindən paytaxt Paris də daxil olmaqla, ölkə daxilində çoxsaylı şəhərlərarası qatar və yüksək sürətli qatar xidmətləri ləğv edilib.

Məlumata görə Şarl de Qoll hava limanının işçiləri də iyulun 8-10-u tarixləri arasında tətilə çıxacaqlar. Aksiyaların yay tətilinin başlanması ilə eyni vaxta təsadüf etməsi nəqliyyat sektoruna zəbə endirir.



Әlaqәli Xәbәrlәr