Co Bayden Müstәqillik Günü ilә bağlı keçirilәn tәdbirdә çıxış edib

İyulun 4-ü Amerika Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur.

1852035
Co Bayden Müstәqillik Günü ilә bağlı keçirilәn tәdbirdә çıxış edib
biden.jpg

İyulun 4-ü Amerika Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur.

On minlrl amerikalı paytaxt Vaşinqtondakı ənənəvi atəşfəşanlığı izlәyib. ABŞ prezidenti Co Bayden vә xanımi Cil Bayden Mustәqilli Günü münasibәtilә  Ağ Evdә keçirilәn tәdbirә qatılıblar.

Tәdbirdә çıxış edәn Amerika Birlәşmiş Ştatları prezidenti Co Bayden demokratiyanın qorunması ilә әlaqәdar çağırış edib. Co Bayden hәmçinin ABŞ-ın hәr zaman öz yolunu seçdiyini qeyd edib.

ABŞ prezidenti Co Bayden bildirib ki, azadlıq həm ABŞ-da, həm də xaricdə “hücum altındadır”.

“Hər gün heç bir şeyin zәmanәt altında olmadığını xatırlayırıq. Biz bunun üçün mübarizə aparmalıyıq, demokratiyamızı müdafiə etməliyik”,- deyә Amerika Birlәşmiş Ştatları prezidenti vurğulayıb.

Prezident Co Bayden çıxışında Çikaqoda Müstəqillik Günü ilә bağlı keçirilәn parad zamanı  baş verən atışmaya da toxunaraq deyib: "Mən bilirəm ki, bu gün bir çox amerikalı ətrafa baxır və görür ki, Amerika Birləşmiş Ştatları çox parçalanıb və bundan narahatdır’’.



Әlaqәli Xәbәrlәr