Kopenhagendə ticarət mərkəzində baş verən atışma nəticəsində ölənlər olub

Kopenhagendə ticarət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər ölüb, polis hadisənin terror hücumu olduğunu istisna etmir.

1851247

Kopenhagenin Erestad rayonunda yerləşən Field's ticarət mərkəzində baş verən atışma nəticəsində bir neçə nəfər ölüb. Hadisə yerində genişmiqyaslı polis əməliyyatı davam edir.

Kopenhagen polis sözçüsü Soren Thomasın yaydığı məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı şəxs saxlanılıb, onun etnik danimarkalı olduğu bildirilir.

Danimarka polisinin sözçüsü, baş verənlərin terror hücumu olmasını istinad etmədiyini deyib. Bununla yanaşı, atışmanın motivi və həbs edilən şəxsdən başqa cinayətkarın olub-olmaması hazırda bəlli deyil. Baş vermiş atışma ilə bağlı istintaq davam edir.

Bölgədə təhlükəsizlik tədbirlərinin görüldüyü bildirlib. 

Әlaqәli Xәbәrlәr