Senator Lindsey Qraham Türkiyəyə F-16 qırıcılarının satışını dəstəklədiyini bildirib

ABŞ-da respublikaçı senator Lindsey Qraham Türkiyəyə F-16 qırıcılarının satışını dəstəklədiyini bildirib.

1849986
Senator Lindsey Qraham Türkiyəyə F-16 qırıcılarının satışını dəstəklədiyini bildirib

ABŞ-da respublikaçı senator Lindsey Qraham Türkiyəyə F-16 qırıcılarının satışını dəstəklədiyini bildirib.
Lindsey Qraham "Twitter" hesabında etdiyi paylaşımda “(Prezident Co) Bayden administrasiyasının NATO üzrə mühüm müttəfiqimiz olan Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləmək qərarına müsbət yanaşıram” ifadəsindən istifadə edib.

Türkiyənin "fikir ayrılıqlarına baxmayaraq" NATO-nun mühüm müttəfiqi olduğuna işarə edən Qraham deyib:
"Bu vəziyyət Türkiyənin milli təhlükəsizlik maraqlarına xidmət edir. Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyə, ABŞ, NATO və regional təhlükəsizliyə töhfə verəcək".

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Selest Uollander Türkiyənin yeni F-16 qırıcılarının alınması və mövcud F-16-ların modernləşdirilməsi tələbini dəyərləndirərək deyib ki, ABŞ Türkiyənin F-16 donanması üçün modernləşdirmə planlarını tam dəstəkləyir.



Әlaqәli Xәbәrlәr