Zelenski G7 ölkələrindən daha çox silah istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərindən Rusiyaya qarşı daha çox silah, o cümlədən hava hücumundan müdafiə sistemləri təmin etməyi xahiş edib.

1848710
Zelenski G7 ölkələrindən daha çox silah istəyib
g7.jpg

G7 ölkələri Ukraynaya “lazım olduğu qədər” maliyyə, humanitar, hərbi və diplomatik dəstək vəd edib və Ukraynanın yanında olmağa davam edəcəklərini bəyan ediblər.

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Rusiyaya qarşı müharibədə “Ukraynaya dəstək” mövzusunda birgə bəyanatla çıxış ediblər.

Rusiyanın müdafiə sənayesi üçün “əsas texnologiyalar” idxal etmək imkanlarını məhdudlaşdıraraq Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi vəd edilən bəyanatda müharibə bitdikdən sonra özünü müdafiə etmək üçün Ukrayna ilə birlikdə cəhd ediləcəyi bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə G7 liderlərindən Rusiyaya qarşı daha çox silah, o cümlədən hava hücumundan müdafiə sistemləri təmin etməyi xahiş edib.

Zelenski Almaniyanın ev sahibliyi ilə Bavariyadakı Elmau sarayında keçirilən G7 Liderlər Sammitində iştirak edərək videokonfrans vasitəsilə çıxış edib.

Zelenski ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderlərindən ölkəsinə daha çox silah, o cümlədən hava hücumundan müdafiə sistemləri vermələrini istəyib.

G7 ölkələrinin liderlərini Rusiyaya qarşı sanksiyaları artırmağa çağıran Zelenski onlardan Kiyevə taxıl məhsullarının ixracına kömək etməyi və Ukraynanın yenidən qurulması üçün maliyyə yardımı etməyi tələb edib.

Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsinin arxada qalan 124 günü, Ukrayna müharibəsi və bunun ərzaq, enerji təhlükəsizliyi və qlobal iqtisadiyyata təsiri G7 Liderlər Zirvəsinin ikinci günündə diqqət çəkən məsələlərdən olub.

G7 liderlərinin bu gün keçirilən beşinci sessiyada iqlim, enerji və sağlamlıq sahələrində daha yaxşı gələcək üçün investisiyaları müzakirə etməsi planlaşdırılır.

Günün ikinci yarısında liderlər “Qlobal ərzaq təhlükəsizliyi, gender bərabərliyi” mövzusunda altıncı sessiyada iştirak edəcəklər.

Bu sessiyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres video bağlantı vasitəsilə liderlərlə "qlobal ərzaq böhranı"nı müzakirə edəcək.

Sammitin ikinci günü G7 liderləri və onların həyat yoldaşlarının iştirak edəcəyi şam yeməyi ilə başa çatacaq.



Әlaqәli Xәbәrlәr