Malidə terror aktı, 20 ölü

Mali Ruspublikasının şimal ərazisində terror aktı törədilib.

1845531
Malidə terror aktı, 20 ölü

Yerli mətbuatın məlumatına görə, terror aktı Qao şəhərindən 80 kilometr aralıda yerləşən İmenas kəndində həyata keçirilib. Hadisə nəticəsində dinç əhalidən ən azı 20 nəfər həyatını itirib.

Sahel bölgəsində “3 ölkə sərhədi” kimi tanınan Burkina Faso, Mali və Niger son illərdə terror təşkilatı Əl-Qaidə və DEAŞ mənsubu terrorçuların hücumlarına məruz qalır.

2013-cü ildən bəri Malidə xarici hərbi missiyalar yerləşsə də, terror təşkilatları hücumlarını davam etdirirlər.



Әlaqәli Xәbәrlәr