Efiopiyada Amhara mənsubu 200 nəfər öldürülüb

Şərqi Afrika ölkəsi Efiopiyada əksəriyyəti Amhara etnik qrupuna mənsub 200-dən çox mülki şəxs naməlum şəxslər tərəfindən öldürülüb.

1845579
Efiopiyada Amhara mənsubu 200 nəfər öldürülüb

Şənbə günü (18 iyun) ölkənin cənub-mərkəzi bölgəsində yerləşən Oromiyada Amhara etnik qrupa silahlı hücum təşkil edilib.

Hücum zamanı 200-dən çox dinc sakin həyatını itirib.

Hücumdan sağ çıxan Əbdülsəid adlı şəxsin sözlərinə görə ölənlərin sayı0 200-də çoxdur. O ən azı 230 cəsəd saydığını, indiyədək mülki şəxslərin hədəfə götürüldüyü ən ölümcül hücum olduğunu, özünün son anda xilas olduğunu və yeni hücumların ola biləcəyindən narahat olduqlarını deyib.

Hücumun qiyamçı qruplaşma olan Oromo Azadlıq Ordusu (OLA) tərəfindən törədildiyi ehtimal olunur. Lakin OLA ittihamları rədd edib.

Efiopiya İnsan Haqları Komissiyası hökumətə çağırış edib ki, bu cür hücumların qarşısını alacaq tədbirlər görsün.

110 milyondan çox əhalisi olan Efiopiyada etnik qruplar arasında tez-tez münaqişələr olur.



Әlaqәli Xәbәrlәr