Jake Sullivan: "Türkiyənin narahatlıqlarının həll ediləcəyinə inanıram"

Jake Sullivan Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlıqlarının həll ediləcəyinə və sözügedən iki ölkənin alyansa namizəd olacağına inandıqlarını ifadə edib.

1844632
Jake Sullivan: "Türkiyənin narahatlıqlarının həll ediləcəyinə inanıram"

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Jake Sullivan Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlıqlarının həll ediləcəyinə və sözügedən iki ölkənin alyansa namizəd olacağına inandıqlarını ifadə edib.

J. Sullivan "Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS)" tərəfindən təşkil edilən paneldə iştirak edib və ABŞ-ın xarici siyasəti ilə bağlı sualları cavablandırıb.

O Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı narahatlığına dair suala belə cavab verib:

"Finlandiya və İsveçin NATO-ya üzv olmasını gözləyirəm. Türkiyə terror və PKK ilə bağlı narahatlığını ifadə edib. Həm isveçlilər, həm də finlandiyalılar Türkiyənin narahatlığına cavab verməyə hazır olduqlarını bildiriblər. Ayrıca onlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın komandası ilə yüksək səviyyəli danışıqlar aparır”.

Sullivan bir neçə gün əvvəl Avropada Prezidentin sözçüsü İbrahim Kalınla da görüşdüyünü bildirərək deyib ki, bu problemlərin həlli üçün dəqiq vaxt təqdim edə bilmərəm, lakin sizə deyə bilərəm ki, bütün tərəflər həll yolları vəd edib.



Әlaqәli Xәbәrlәr