Misir, İsrail və Avropa İttifaqı qaz tədarükünə dair müqavilə imzaladılar

Sənədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imza atıblar

1844016
Misir, İsrail və Avropa İttifaqı qaz tədarükünə dair müqavilə imzaladılar

 

  Qahirədə keçirilən Şərqi Aralıq dənizi Qaz Forumu çərçivəsində Misir, İsrail və Avropa İttifaqı (Aİ) arasında Avropaya qaz tədarükünə dair anlaşma memorandumu imzalandı. Sənədə Misirin neft və mineral ehtiyatlar naziri Tarik Molla, Aİ-nin enerji komissarı Kadri Simson və İsrailin enerji naziri Karine Elharrar imza atıblar.

  Müqavilənin imzalanma mərasimindən sonra jurnalistlərə açıqlamasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Misir və İsrailin Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacağını deyərək bildirib: “İki ildən sonra imzalanmış sənədin müddəti avtomatik olaraq daha 3 il uzadılacaq”.

  Misir və İsrail nazirlərinin mətbuat konfransında qeyd olunub ki, bu ölkələri Ukraynada müharibə ilə əlaqədar ağır enerji böhranı yaşayan Avropa ölkələrinə təbii qaz tədarükünü artıracaqlar. Eyni zamanda, Misir İdku və Damietta zavodları vasitəsilə Aİ-yə 12 milyon ton sıxılmış maye qaz (LNG) ixrac edəcək. İsrail isə özünün Leviatan və Tamar yataqlarında hasil olunan qazı Misir şirkəti ilə birgə Avropaya nəql edəcək.



Әlaqәli Xәbәrlәr