Avropa bazarlarında təbii qazın qiyməti 52 faiz artıb

Avropada iyunun 9-da 84 avrodan satılan təbii qazın 1000 kubmetr qiyməti bu gün 52 faiz artaraq 128 avroya çatıb.

1844224
Avropa bazarlarında təbii qazın qiyməti 52 faiz artıb

Avropada 9 iyunda təbii qazın 1000 kubmetri 84 avroya satılırdı. Lakin sözügedən tarixdə ABŞ-ın Texas ştatında yerləşən “Freeport LNG” (mayeləşdirilmiş təbii qaz) terminalında baş verən yanğınla əlaqədar obyektin ən azı 3 həftə müddətinə bağlanacağı elanı qiymətlərin qalxmasına səbəb olub. Daha sonra verilən açıqlamada bu obyektin ilin sonuna qədər açıla bilməyəcəyi bildirilib.

Avropa və Asiyanın LNG tədarükündə mühüm rolu olan Freeport qurğusu ABŞ-da istehsal olan mayeləşdirilmiş təbii qazın 20-ni təmin edir.

Bundan əlavə, Rusiyanın “Qazprom” enerji şirkəti texniki problemlərə görə “Şimal axını” kəməri ilə Avropaya təbii qaz nəqlini azaldacağını açıqlayıb.

“Qazprom” iyunun 14-də bəyan edib ki, “Şimal axını” ilə qaz nəqli 167 milyon kubmetrdən 100 milyon kubmetrə endirilib.



Әlaqәli Xәbәrlәr