Bolqarıstanda daha iki nazir istefa verib

Bolqarıstanda xarici işlər naziri Teodora Gençovska və energetika naziri Nikolov Aleksandr tutduqları vəzifələrdən istefa veriblər.

1842423
Bolqarıstanda daha iki nazir istefa verib

TRT-nin BTA xəbər agentliyinə istinadla verdiyi xəbərə görə Xarici işlər naziri Gençovska istefa ərizəsini baş nazir Kiril Petkova təqdim edib.

Gençovska, üzvü olduğu Belə bir xalq var" siyasi partiyasının ölkənin koalisiya hökumətində iştirakdan imtina etmək qərarı ilə əlaqədar istefa verdiyini bildirib.

Gençovska əvəzi təyin edilənə dək Xarici işlər naziri postunda olacaq.

Energetika naziri Nikolov Aleksandr da eyni səbəbdən bu gün istefa verib.

Qeyd edək ki, (İTN) iyunun 8-də dördlü koalisiya hökumətində iştirakdan imtina edəcəyini açıqlamış, Baş nazir Petkov isə bunun reallaşmalı halında azlıq hökuməti ilə yola davam ediləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr