Malidə BMT-nin Sülhməramlı Qüvvələrində vəzifəli əsgərlərdən biri ölüb

Malidə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin tərkibində vəzifəli İordaniya ordusundan bir əsgərin öldüyü açıqlanıb.

1840776
Malidə BMT-nin Sülhməramlı Qüvvələrində vəzifəli əsgərlərdən biri ölüb

Malidə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin tərkibində vəzifəli İordaniya ordusundan bir əsgərin öldüyü açıqlanıb.

Mövzu ilə bağlı bəyanat İordaniya ordusunun rəsmi saytında dərc olunub.

Ordunun açıqlamasında BMT Sülhməramlı Qüvvələrinin tərkibində Mali 2 İordaniya Çevik Yerləşdirmə Qüvvələrində vəzifəli baş çavuş Cəmil Mahmud Metrukun iyunun 9-da dünyasını dəyişdiyi bildirilib. Açıqlamada Metrukun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

İyunun 1-də İordaniya ordusu Malidə BMT Sülhməramlı Qüvvələrinin patrulunu hədəf alan silahlı hücumda 1 əsgərin öldüyünü və 2 əsgərin yaralandığını açıqlamışdı.

Qeyd edək ki, Mali 2012-ci ilin martında baş vermiş hərbi çevrilişdən sonra başlayan daxili qarışıqlıq səbəbindən siyasi və təhlükəsizlik böhranı yaşayır. 2013-cü ildən bəri ölkədə xarici hərbi missiyaların olmasına baxmayaraq, terror təşkilatları hücumlarını davam etdirir.

Malidə başlayan təhlükəsizlik böhranından sonra 25 aprel 2013-cü ildə qurulan BMT-nin Mali Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasında (MINUSMA) 13 mindən çox əsgər və 2000-ə yaxın polis əməkdaşı xidmət göstərir.

MINUSMA dünyada ən çox itki verən sülhməramlı kimi tanınır.



Әlaqәli Xәbәrlәr