Bayden qaçqınların ABŞ-a axınında Putini günahlandırb

ABŞ prezidenti Co Bayden Los-Ancelesdə keçirilən “Amerika Dövlətlərinin Sammiti”nin rəsmi açılış mərasimində Şimali və Cənubi Amerika ölkələrinin liderlərinə müraciət edib.

1840105
Bayden qaçqınların ABŞ-a axınında Putini günahlandırb

ABŞ prezidenti Cozef Bayden bəyan edib ki, qaçqın axınının artmasına səbəb Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində dünya iqtisadiyyatının pisləşməsidir.
ABŞ prezidenti Co Bayden Los-Ancelesdə keçirilən “Amerika Dövlətlərinin Sammiti”nin rəsmi açılış mərasimində Şimali və Cənubi Amerika ölkələrinin liderlərinə müraciət edib.

Müraciətinin əvvəlində etirazla üzləşən Bayden udqunaraq çıxışına davam edib.

Demokratiyanın inkişafın ən mühüm faktoru olduğunu vurğulayan Bayden demokratiyanın ölkələr arasında əməkdaşlıqla dəstəklənməli olduğunu vurğulayıb.

Xüsusən mərkəzi və cənubi Amerika ölkələrindən ABŞ-a qaçqın axınına toxunan Bayden "Putinin Ukraynaya qarşı apardığı amansız müharibə ilə qlobal inflyasiya təzyiqləri daha da pisləşdi. Ailələrin ehtiyaclarını ödəmək çətinləşdi. Bütün bu amillər Qərb yarımkürəsinə qaçqın axınına səbəb olur" deyib.

Bayden çıxışında Amerika qitəsi ölkələri ilə yeni iqtisadi tərəfdaşlığın qurulduğunu və bunun iqtisadiyyatların inkişafına kömək edəcəyini bildirib.

Digər tərəfdən, Baydenin karvanının keçdiyi ərazilərdə ABŞ prezidentinə etiraz edilib.



Әlaqәli Xәbәrlәr