Belqradda məktəblərdə təhsil dayandırıldı

Serbiyanın paytaxtı Belqradda 214 məktəbd bomba təhdidindən sonra təhsili dayandırıb.

1839885
Belqradda məktəblərdə təhsil dayandırıldı

TRT-nin xəbərinə görə Serbiyanın Təhsil, Elm və Texnologiyanın İnkişafı Nazirliyindən bu barədə açıqlama verilib. Bildirilib ki, bu gün paytaxt Belqradda 148-i ibtidai, 66-sı lisey olmaqla 214 məktəbdə bomba yerləşdirildiyi irəli sürülüb. Məktəblərə ünvanlanan elektron poçt vasitisi ilə bildirilən təhdidlərdən sonra təhsilin onlayn rejimdə davam etdirilməsi qərarına gəlinib. Üz-üzə təhlis rejiminə nə vaxt qayıdılacağına dair  açıqlama verilməyib.

 



Әlaqәli Xәbәrlәr