Aleks qasırğası Bermud adalarına istiqamətlənib

ABŞ-da Atlantik qasırğa mövsümünün ilk tropik qasırğası olan Aleks Bermud adaları bölgəsinə doğru istiqamətlənib.

1838243
Aleks qasırğası Bermud adalarına istiqamətlənib

ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamada qasırğanın ötən gecə saatda 110 kilometr sürətlə Bermud adalarına doğru irəlilədiyi bildirilib.

Qeyd edilib ki, tropik qasırğanın bu gün Bermud adalarında öz təsirini göstərəcəyi gözlənilir.

Adada fırtına xəbərdarlığı edən mütəxəssislər, 25 ilə 50 millimetr arasında yağış yağa biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, Floridada leysan yağışlara, daşqınlara və elektrik enerjisinin kəsilməsinə səbəb olan “Aleks” fırtınası Kubada da öz təsirini göstərib.



Әlaqәli Xәbәrlәr