Emmanuel Makron Türkiyənin Ukraynadan taxıl ixracında mühüm rol oynadığını bildirib

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Ukraynadan taxıl ixracında mühüm rol oynadığını bildirib.

1835706
Emmanuel Makron Türkiyənin Ukraynadan taxıl ixracında mühüm rol oynadığını bildirib

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Ukraynadan taxıl ixracında mühüm rol oynadığını bildirib.
Emmanuel Macron Avropa İttifaqı (Aİ) Liderlər Zirvə Toplantısından sonra mətbuata verdiyi açıqlamada 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı Aİ-nin qəbul etdiyi yeni qərarlarla yanaşı, bir çox mövzuya toxunub.

Fransanın Afrika Birliyinin növbəti sədri olan Seneqalla ərzaq təhlükəsizliyi mövzusunda görüş keçirdiyini ifadə edən Makron Türkiyənin yardımı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında Ukraynadan 20 milyon ton taxıl çıxarmağa cəhd etdiklərini vurğulayıb. 

Türkiyənin coğrafi mövqeyi və Qara dənizlə bağlı razılaşmalar baxımından mühüm rola malik olduğuna diqqət çəkən Makron prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında Ukraynadan taxıl və buğda ixracı ilə bağlı danışıqlardan müsbət nəticələr əldə edildiyini bildirib. 

Problemin yaxın günlərdə həll olunacağına ümid etdiyini bildirən Fransa prezidenti Ukrayna prezidenti Vladimir Zelenskinin və BMT-nin Baş katibi Antonio Quterreşin həll yolu axtarışlarını alqışladığını qeyd edib.



Әlaqәli Xәbәrlәr